Məhsul kataloqu
az en ru

Malların sifarişi və satış qaydası haqqında razılaşma

Fəsil 1. Bu razılaşmada istifadə olunan terminlər.

1.1. Bu Razılaşmada aşağıda göstərilən terminlər aşağıdakı mənaları ifadə edir və onun ayrılmaz tərkib hissəsidir:

"Bravo" – rekvizitləri Razılaşmanın "Rekvizitlər" bölməsində göstərilmiş “Azərbaycan Supermarket” MMC.

"Sayt"https://bravomarket.online

"Internet-mağaza"https://bravomarket.online ünvanda yerləşən internet şəbəkəsi vasitəsilə malların Bravo marketlərində sifarişi üçün nəzərdə tutulmuş xidmətdir.

"Qaydalar" – təsdiqetməni, istiqamətləndirməni, ləğvetməni və https://bravomarket.online ünvanda yerləşən internet-mağazada malların əldə edilməsi üçün zəruri olan digər əməliyyatların aparılmasını müəyyən edən qaydalar.

"Sifariş" – internet-mağazada malın seçilməsinin və onun qaydalarda müəyyən edilmiş üsulla göndərilməsinin təsdiqi.

"Alıcı" – malları internet-mağaza vasitəsilə almaq niyyətində olan şəxs.

"Fərdi məlumatlar haqqında qanun" – Azərbaycan Respublikasının Fərdi məlumatlar haqqında qanunu.

"Fərdi məlumatlar" – sifarişin yerinə yetirilməsi məqsədilə fərdi məlumatlar haqqında qanunla müəyyən edilmiş qaydada alıcının Bravo-ya verilən fərdi məlumatları. Fərdi məlumatlar dedikdə, ad, soyad, atasının adı, doğum ili, elektron poçt ünvanı, əlaqə telefonu nəzərdə tutulur.

"Əlaqə kanalı" – internet-mağazada qeyd olunan və seçilməsi mümkün olan, alıcının sifarişin yerinə yetirilməsi barədə məlumatlandırılması üsulları.

"Mal" – alıcının ala biləcəyi, internet-mağazada mövcud olan məhsul.

"Ayrıca mal qrupları" – Bravo-nun öz istehsalı olan məhsullar – qənnadı məmulatlar, meyvə-tərəvəz məhsulları, balıq məmulatları və yararlılıq müddəti 36 saatdan başlayan və daha az olan digər mallar.

"Akt" – mal alınarkən və onun dəyəri ödənilməzdən öncə imzalanan malın təhvil-təslim aktı.

"Sifarişin komplektləşdirilməsi üzrə maksimal vaxt" – sifarişin əminliklə hazır olacağı və alıcı tərəfindən çıxarılması üçün təqdim ediləcəyi müəyyən edilmiş limit çərçivəsində seçilən vaxt.

"Lazımi keyfiyyətdə olmayan mal" – təyinatı üzrə istifadə üçün yararsız olan mal, qüsurlu, çatışmazlığı olan mal (çatışmazlıq – məhsula qarşı qoyulan məcburi tələblərin pozulmasıdır) və ya saytda təsvirə uyğun gəlməyən, yararlılıq müddəti bitmiş, alıcıya pozulmuş qablaşdırmada çatdırılmış mal.

Fəsil 2. Ümumi müddəalar

2.1. Razılaşma Bravo-nun fəaliyyət qabiliyyəti və razılaşmada müəyyən edilmiş şərtlərlə malların alqı-satqısı razılaşmasını bağlamaq səlahiyyəti olan istənilən fiziki fərdin ünvanına rəsmi təklifidir və içində razılaşmanın bütün əhəmiyyətli şərtləri mövcuddur.

2.2. Razılaşmanın şərtlərinin qəbul edilməsi internet-mağazada sifariş həyata keçirmək imkanı üçün mütləqdir. Alıcı Razılaşmanın şərtlərini və sifarişin yerinə yetirilməsi üçün tələb olunan digər razılaşmaların şərtlərini qəbul etmədən, sifariş edə bilməz.

2.3. Alıcı ilə Bravo arasındakı Razılaşma sifarişin verilib təsdiq edildiyi andan etibarən bağlanmış hesab olunur.

Fəsil 3. Saytda qeydiyyat

3.1. Yalnız qeydiyyatdan keçmiş alıcılar onlayn mağazada sifariş verə bilərlər.

3.2. Bravo qeydiyyatdan keçərkən Alıcının təqdim etdiyi məlumatların dəqiqliyinə və düzgünlüyünə görə məsuliyyət daşımır.

3.3. İnternet-mağazada qeydiyyatdan keçən Alıcı istifadəçi adının və şifrənin təqdim edilməsi yolu ilə fərdi eyniləşdirmə əldə edir. Alıcının fərdi eyniləşdirməsi Alıcının adından üçüncü şəxslərin qeyri-qanuni hərəkətlərinin qarşısını almağa imkan verir və əlavə xidmətlərə keçid imkanı açır.

3.4. Alıcı istifadəçi adının və şifrənin üçüncü şəxslərə verilməsi halında bütün mümkün mənfi nəticələrə görə məsuliyyəti sərbəst şəkildə daşıyır. 

Fəsil 4. Sifarişin yerləşdirilməsi və malların alınması şərtləri

4.1. Sifariş alındıqdan sonra, internet-mağaza Alıcıya sifarişin alınması və Alıcının üstünlük verdiyi əlaqə kanalı olaraq seçdiyi kanal vasitəsilə icrasının mümkünlüyü barədə xəbər verir.

4.2. Alıcı, Bravo-nun təşəbbüsü ilə aşağıdakı parametrlərin dəyişdirilə biləcəyi ilə razılaşır: sifariş olunan malların siyahısı, sifarişin hazırlıq müddəti.

4.3. Sifariş üçün mümkün olan malların çəkisi / miqdarı məhdud ola bilər.

4.4. Sifarişin rəsmiləşdirilməsi zaman Bravo-da lazım olan Mal mövcud olmadığı halda Alıcıya Əvəzedicilərin razılaşdırılması xidməti variantının seçilməsi imkanı təqdim olunur. Sifarişin komplektləşdirilməsi anında, bir qiymət sırasından olan əvəzedici Mal təklif ediləcəkdir.

Əvəzedicilərin razılaşdırılması xidmətinin mövcud variantları:

 

Əvəzediciləri toplamaq

Əvəzetmə təklif etməmək

4.5. Alıcı istənilən vaxt sifarişdən imtina edə bilər. İnternet-mağaza sifarişdən imtina barədə əlaqə kanalında nəzərdə tutulan istənilən üsulla xəbər verə bilər.

4.6. Alıcı razılaşır ki, ayrı-ayrı qrup malların sifarişi zamanı onun ortalama çəkisi göstərilir, bu zaman onun ortalama çəkisinə nisbətən faktiki çəkisinin yol verilən xətası bəzi mallar üzrə 9% və 20%-dək təşkil edir. Çəki ilə satılan Mal üzrə ödəniş faktiki çəki üzrə həyata keçiriləcək.

4.7. Mal üzərində mülkiyyət hüququ malın dəyərinin ödənildiyi andan etibarən Alıcıya keçir. Tərəflər aktı imzaladığı andan etibarən, Bravo malın verilməsi üzrə vəzifələrini tam icra etmiş hesab olunur.

4.8. Mal haqqında internet-mağazada və etiket üzərində təqdim olunan məlumatlar fərqlidirsə, etiket üzərində olan məlumatlara üstünlük verilir.

4.9. Alıcı razılaşır ki, sifarişin hazırlanması və komplektləşdirilməsi anında, bəzi mallar satışda olmaya da bilər ki, Alıcının sifarişində mövcud olmayan mal olduğu halda, Alıcıya bu barədə onun üstünlük verdiyi əlaqə kanalı olaraq seçdiyi kanal vasitəsilə əvvəlcədən xəbər veriləcək.

4.10. Alıcı Malın xarici görünüşünün onun onlayn mağazadakı şəklindən fərqli ola biləcəyi ilə razılaşır.

4.11. Bravo Alıcıya kassa və ya əmtəə çekini və ya malın alıcıya verildiyi yerdə onun ödənilməsini təsdiq edən digər sənədin verdiyi və alıcı tərəfindən akt imzalandığı andan etibarən alıcının sifarişi icra edilmiş hesab olunur.

Fəsil 5. Malların çatdırılma şərtləri

5.1. Minimum alış-veriş məbləği 20 (iyirmi) AZN təşkil edir, obyektiv səbəblərlə alış-veriş məbləği azaldıqda (pensiya kartı üzrə endirim, sifariş edilmiş məhsulun olmaması və s.) sifariş Alıcıya çatdırılacaq.

5.2. Satın alınmış Malın çatdırılması xidməti ödənişlidir və hər alış-veriş üçün 2.50 AZN təşkil edir.

5.3. Sifarişlər aşağıdakı rayonlara çatdırılır:

Ø Binəqədi – Xocasən və 28 May qəsəbələri istisna olmaqla

Ø Nizami

Ø Nərimanov

Ø Nəsimi

Ø Sabunçu – Kürdəxanı, Pirşağı və Maştağa qəsəbələri istisna olmaqla 

Ø Səbail – Bibiheybət qəsəbəsi istisna olmaqla

Ø Yasamal

Ø Suraxanı – Hövsan, Yeni Suraxanı və Zığ qəsəbələri istisna olmaqla

Ø Xətai

Ø Xəzər – Binə, Türkan və Zirə qəsəbələri istisna olmaqla

Ø Lökbatan və Bayıl

Ø Xırdalan, Novxanı, Masazır və Biləcəri

Fəsil 6. Malların dəyərinin ödənilməsi

Sifarişin yaradılması və ya alınması zamanı Alıcı üçün uyğun aşağıda qeyd edilən istənilən üsulla satın alınmış malın dəyəri ödənilə bilər:

6.1. Onlayn ödəniş.

Ödəniş üçün Visa, Visa Electron, MasterCard, MasterCard Electronic, MasterCard Maestro bank kartlarından istifadə edilə bilər.

Sifariş məbləğinin rezervı sifariş rəsmiləşdirilərkən Alıcının göstərdiyi kartda sifarişin toplanmasından sonra həyata keçirilir.

Sifarişin yekun məbləğinin faktiki silinməsi yığıldıqdan və Alıcıya göndərildikdən sonra həyata keçirilir.

Alındığı zaman satın alınmış Maldan tam və ya qismən imtina edildiyi halda, pul vəsaitlərinin bank kartına qaytarılması, kartınız hansı banka məxsus olduğundan asılı olaraq, imtina edildiyi andan etibarən 30 iş günü ərzində həyata keçirilir.

6.2. Sifarişin qəbulu zamanı ödəniş.

Ödəniş yalnız sifarişinizi yoxladıqdan, mallarla tanış olduqdan və alış-veriş barədə qərar qəbul etdikdən sonra həyata keçirilir. Bravo internet-mağazasının əməkdaşı kassa çekini və əmtəə qaiməsini/Aktı təqdim edir.

Bank kartları vasitəsilə: Sifarişi aldığınız zaman bank kartı ilə ödəniş edə bilərsiniz. Ödəniş üçün Visa, Visa Electron, MasterCard, MasterCard Electronic, MasterCard Maestro və s. bank kartlarından istifadə edə bilərsiniz.

Nağd ödəniş: Ödəniş yalnız sifarişinizi yoxladıqdan, mallarla tanış olduqdan və alış-veriş barədə qərar qəbul etdikdən sonra həyata keçirilir. Pul "Bravo" internet-mağazasının əməkdaşına verilir

6.3. Alıcı razılaşır ki, ayrı-ayrı mal qruplarının (çəki ilə və tək-tək satılan) internet-mağazada qeyd olunan qiyməti faktiki çəkidə yol verilən xəta ilə əlaqədar olaraq, təxmini qiymətdir.

Fəsil 7. Malların geri qaytarılması

Sifariş olunan qida məhsulları istisna olmaqla, digər qeyri-qida Malları alış-veriş etdiyiniz gündən 14 gün ərzində Malı istifadə etməmək və qablaşdırmanı pozmamaq şərtilə qəbzdə qeyd olunan marketdə dəyişə və ya qaytara bilərsiniz. Xahiş edirik, marketə məhsul və qəbz ilə yaxınlaşasınız. Malın yerində kuryerə qaytarılması mümkün deyil.

Fəsil 8. Məlumatların məxfiliyi, fərdi məlumatların qorunması

8.1. Bravo fərdi məlumatların onların müvafiq qaydada qorunmasını və fərdi məlumatlar haqqında qanunun tələblərinə riayət olunmasını təmin edərək istifadə olunacağına dair zəmanət verir.

8.2. Alıcı təsdiq edir ki, onun tərəfindən verilən fərdi məlumatlar düzgündür və sifarişin yerinə yetirilməsi üçün kifayət edir. Alıcı bu bəndə riayət etmədikdə, Bravo sifarişin düzgün yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.

8.3. Alıcı, fərdi məlumatlar haqqında qanunun tələblərinə uyğun olaraq, razılaşmanı qəbul edərək, şüurlu şəkildə, məlumatlandırılmış olaraq, sərbəst şəkildə, öz iradəsi və marağında hərəkət edərək, sifarişin yerinə yetirilməsi məqsədi ilə və razılaşmada qeyd olunan digər məqsədlərlə, öz fərdi məlumatlarının işlənməsinə razılığını verir.

8.4. Fərdi məlumatların işlənməsi dedikdə, fərdi məlumatların toplanması, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), istifadəsi (o cümlədən ötürülməsi), blok edilməsi, məhv edilməsi nəzərdə tutulur.

8.5. Bravo aşağıdakı hallarda fərdi məlumatları üçüncü şəxslərə vermək hüququndadır, alıcı isə buna icazə verir:

 səlahiyyətli orqanların qanuni tələbinin olması;

 fərdi məlumatların üçüncü şəxslərə verilmədən, sifarişin yerinə yetirilməsinin mümkün olmaması.

8.6. Bu fəsildə qeyd olunan hallar istisna olmaqla, Bravo zəmanət verir ki, fərdi məlumatlar, habelə alıcı tərəfindən verilən digər məlumatlar heç vaxt və heç bir halda üçüncü şəxslərə verilməyəcək.

8.7. Bravo fərdi məlumatların və Alıcı tərəfindən verilən digər məlumatların qanunsuz və ya təsadüfi keçiddən, onların məhv olmasından, dəyişdirilməsindən, blok edilməsindən, surətinin çıxarılmasından, yayılmasından, digər qanunsuz hərəkətlərdən qorunması üçün təşkilati və texniki tədbirlərin mövcudluğuna dair zəmanət verir. 

Fəsil 9. Qarşısıalınmaz hallar (fors-major)

9.1. Tərəflərdən istənilən biri o zaman Razılaşma üzrə öhdəliklərin tam və ya qismən yerinə yetirməməsinə görə məsuliyyətdən azad edilir ki, bunun səbəbi tərəflərin onu imzalamasından sonra baş verən qarşısıalınmaz hallar olsun.

9.2. Qarşısıalınmaz hallar – tərəfin mövcud vasitələrlə əvvəlcədən proqnozlaşdıra bilmədiyi və ya qarşısını ala bilmədiyi fövqəladə hadisələr və ya hallardır. Bu cür fövqəladə hadisələrə və ya hallara, xüsusilə aşağıdakılar daxildir: tətil, daşqın, yanğın, zəlzələ və digər təbii fəlakətlər, müharibə, hərbi əməliyyatlar, yerli və ya xarici dövlət orqanlarının hərəkətləri, habelə istənilən tərəfin ağlasığan nəzarətindən kənara çıxan istənilən digər hallar.

9.3. Tərəflərdən istənilən birinə birbaşa və ya dolayı olaraq təsir göstərən qanunvericilik və ya normativ akt dəyişikliyinə qarşısıalınmaz hal kimi baxılmır, lakin Tərəflərdən hər hansı birinə bu Razılaşma üzrə öhdəliklərini yerinə yetirməyə imkan verməyən bu cür dəyişikliklər edildiyi halda, Tərəflər dərhal Razılaşmanın icrasına davam etməsini təmin etmək üçün, bu problemin aradan qaldırılması üzrə iş qaydasına dair qərar qəbul etməlidirlər. 

Fəsil 10. Yekun müddəalar

10.1. Bravo Alıcıya xəbər etmədən internet-mağazada Malların qiymətlərini dəyişdirmək hüququndadır.

10.2. Razılaşmada dəyişikliklərin edilməsi internet-mağazada dərc edildikdən və sifarişin rəsmiləşdirilməsi zamanı Alıcı tərəfindən təsdiqləndikdən sonra etibarlı hesab ediləcək və dərc edildiyi tarixdən sonra bağlanmış razılaşmalara aid ediləcək.

10.3. Tərəflər bu Razılaşma üzrə öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi ilə əlaqədar olan bütün mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışacaqlar.

10.4. Danışıqlar zamanı razılıq əldə edilmədiyi halda, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll ediləcək.

Fəsil 11. Pretenziya və təkliflər

11.1. Təkliflər və şikayətləri internet-mağaza və Bravo-nun rəsmi saytında https://bravomarket.online əks əlaqə forması vasitəsilə göndərmək, və ya gündəlik olaraq saat 8.00-dan 00.00-dək, *2266 nömrəsi vasitəsilə məlumat vermək olar.