Məhsul kataloqu
az en ru

FAQ

Sifariş

Sifarişi nə vaxt verə bilərəm?

Biz 24/7 sizin xidmətinizdəyik. Sifarişinizi sizin üçün əlverişli istənilən vaxt edə bilərsiniz.

Sifarişin qeydiyyatı üçün yaş məhdudiyyəti var?

Bəli, onlayn sifarişləri yalnız 18 yaşdan yuxarı olan şəxslər edə bilər.

Loyal kartlardan istifadə edə bilərəm?

Bəli, sifariş edərkən kartın nömrəsini qeyd edərək Bravo pensiyaçı kartı və ya UMICO bonus kartından istifadə edə bilərsiniz.

Zəng vasitəsi ilə sifariş etmək olar?

Xeyr, sifarişlər yalnız onlayn vasitəsi ilə qəbul olunur.

Sifarişin minimum məbləği nə qədərdi?

Sifarişin minimum məbləği 30 AZN-dır.

Sifarişimi necə yoxlaya bilərəm?

Hesabınıza daxil olaraq mövcud sifarişlərinizi və bütün sifarişlərinizin tarixçəsini yoxlaya bilərsiniz.

Sifariş vermək üçün hansı məlumatlar lazımdır?

Şəxsi məlumatlarınız tələb olunur (Ad, soyad, əlaqə nömrə), dəqiq poçt ünvanı (yaşayış yeri, rayon, poçt indeksi), əlavə məlumat (oriyentir, mərtəbə domofon kodu və s.) və ödəniş üsulu.

Sifarişimdən imtina edə biləm?

Bəli, *2266 nömrəsinə zəng edərək bizə bildiriş verməklə sifarişinizdən imtina edə bilərsiniz.

Sifarış təsdiq olunandan sonra məhsulu dəyişdirə bilərəm?

Xeyr, lakin *2266 nömrəsinə zəng edərək sifarişinizi ləgv edib, yeni sifarişi edə bilərsiniz.

Sifarişimin qəbul olunduğunu necə biləcəm?

Müvafiq bildiriş olacaq? Bəli, sifarişdən sonra bildiriş SMS gələcək.

Sifarış təsdiq olunandan sonra əlavə məhsulu sifariş edə bilərəm?

Xeyr, lakin *2266 nömrəsinə zəng edərək sifarişinizi ləgv edib, yeni sifarişi edə bilərsiniz.

Alınan məişət texnikası üçün zəmanət verilir?

Qiyməti 30 AZN-dan yuxarı olan məişət texnikası üçün zəmanət verilir.

Çatdırılma

Sifarış təsdiq olunandan sonra ünvanı dəyişdirə bilərəm?

Bəli, bunun üçün *2266 nömrəsinə zəng edərək bizə bu haqqda məlumat verməlisiniz.

Ünvanıma çatdırılma haqqında məlumatı necə öyrənə bilərəm?

Sifariş aşağıdakı ərazilərə çatdırılır:

  1. Binəqədi - Xocasən və 28 May kəndləri daxil deyil
  2. Nizami
  3. Nərimanov
  4. Nəsimi
  5. Sabunçu - Kürdəxanı, Pirşağı və Maştağa kəndləri daxil deyil
  6. Səbail – Bibiheybat daxil deyil
  7. Yasamal
  8. Suraxanı - Hövsan, Yeni Suraxanı və Zığ kəndləri daxil deyil
  9. Xətai
  10. Xəzər - Binə, Türkan, Zirə kəndləri daxil deyil
  11. Lökbatan və Bayıl
  12. Xırdalan, Novxanı, Masazır, Biləcəri

Sifarişim nə vaxta qədər çatdırılacaq?

Sifarişinizin çatdırılması seçdiyiniz vaxt müddətində həyata keçiriləcəkdir.

Mənim ünvanıma niyə çatdırılma yoxdur?

Siz ünvanınızı qeyd edərək Bravo-nun elektron ünvanına customerservice@bravosupermarket.az müraciət edə bilərsiniz. Hal-hazırda biz çatdırılma ərazisini daha da geniş etməyə çalışırıq və sizin müraciətiniz nəzərə alınacaq.

Ödəniş

Sifarişi hansı ödəniş üsulları ilə ödəyə bilərəm?

Ödənişi nağd və ya bank kartları ilə sifariş çatdırılan zaman edə bilərsiniz.

Mənim sifarişimin və çatdırılan sifarişin məbləğləri fərqlidirsə, hansı məbləği mən ödəməliyəm?

Sifarişinizin məbləği çeşiddə olmayan məhsulların əvəz edilməsi qərarına əsasən dəyişə bilər. Məhsulun qiyməti məhsulun çəkisindən də fərqlənə bilər. Lakin son sifariş məbləği sifarişinizin məbləğinə maksimum yaxın olacaq.

Çatdırılma ödənişlidir?

Bəli, çatdırılma qiyməti hər sifariş üçün 2.5 AZN təşkil edir.

Sifarişimi UMICO kartı ilə ödəyə bilərəm?

Xeyr, ödənişi UMİCO kartı ilə edə bilməzsiniz.

Məhsul

Dəyişdirmə və Qeri qaytarma qaydaları hansıdır?

Sifariş olunan məhsulları alış-veriş etdiyiniz gündən 14 gün ərzində qəbzdə qeyd olunan marketə dəyişə və ya qaytara bilərsiniz. Xahiş edirik marketə məhsul və qəbz ilə yaxınlaşasınız.

Məhsulu çatdırılma zamanı qaytara bilərəm?

Xeyr, məhsulu yerində kuryerə qaytara bilməzsiniz. Məhsulun qaytarmasını yalnız qəbzdə qeyd olunan marketdə edə bilərsiniz.